Son yeniləmə: 13 Sentyabr 2022 15:29
BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Əhməd Yəsəvi Kültür Dərnəyi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Fatma Sönməzlə görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, türk dünyasının görkəmli ziyalısı F. Sönməzi səmimi salamlayan nazir, istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın tarixi torpaqları Qarabağın, Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.
Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən F. Sönməz, bundan sonrakı fəaliyyətində də türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.
A.Kərimov qonağa fəaliyyətində uğurlar arzulayıb