Son yeniləmə: 13 Sentyabr 2022 08:50
BAYRAQDAR MEDİA – “Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyatdan başqa bir şey deyildir. Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.”
Bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 13-nə keçən gecə yaydığı açıqlamadandır.
Açıqlamada daha sonra deyilir: “Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”.
Əlavə edək ki, gecə saatlarında Müdafiə Nazirliyi Ermənistanın hücumları ilə bağlı brifinq keçirib.
[…] Müdafiə Nazirliyindən Ermənistanla bağlı sərt açıqlama – VİDEO […]