Qafanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır
BAYRAQDAR MEDİA – Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib”.