Press "Enter" to skip to content

İnklüziv turizmin inkişafı

Görüş zamanı

Son yeniləmə: 13 Sentyabr 2022 15:32

BAYRAQDAR MEDİA – “Bu gün əmək bazarında xidmət sektorunun payı əhəmiyyətli dərəcədə artıb. Dövlət Məşğulluq Agentliyi olaraq biz də ölkə turizminin inkişafında maraqlıyıq və bu istiqamətdə öz fəaliyyətimizi daha da genişləndiririk”.

Bu fikirləri Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nümayəndələri ilə görüşdə bildirib.

Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, M.Abbasbəyli Agentlik tərəfindən turizmin inkişafı, bu sahədə ixisaslı kadrların hazırlanması, yeni iş yerlərinin yaradılması və işsiz şəxslərin özünüməşğulluğunun təşkili məqsədilə nəticəyönlü layihələrin həyata keçirildiyini və əməkdaşlıqların davam etdiyini diqqətə çatdırıb: “Bildirilib ki, kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi icra olunur və rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək sahibkarlıq subyektləri təsis olunur”.

Görüşdə həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub: “Əmək bazarı araşdırmasının aparılması, turizm sahəsi üzrə prioritet istiqamətlər müəyyən edilərək ən yaxşı təlim mərkəzlərində kadr hazılığının həyata keçirilməsi, inklüziv turizmin inkişaf etdirilməsi, digər bir vacib istiqamət olaraq isə özünüməşğulluq proqramı üzrə biznes istiqamətlərin çeşidinin artırılması təklif edilib. Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov 106 üzv şirkətlərinin olduğunu və həmin şirkətlərin də birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Regionlarda maarifləndirmə işinin aparılmasına ciddi ehtiyac olduğunu qeyd edən sədr turizm sahəsində kadr potensialının əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb”.

Görüşdə, həmçinin postpandemiya dövründə turizm sahəsinin inkişaf perspektivləri, regionlarda yerləşən turizm obyektlərində vakant iş yerlərinin doldurulması, turizm sahəsində işsiz və işaxtaran şəxslərə yönəlik sahibkarlara dəstək mexanizmləri də müzakirə edilib: “Sonda hər iki qurum tərəfindən əlaqələndirici şəxslər müəyyən edilib və qısa zamanda qeyd olunan istiqamətlər üzrə təkliflər hazırlanaraq Assosiasiyaya üzv şirkətlərlə birgə müzakirə görüşünün keçirilməsi barədə razılığa gəlinib”.

Mission News Theme by Compete Themes.