Press "Enter" to skip to content

Göstərilən qayğı təqdirəlayiqdir

Şəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən QHT-lərlə dəyirmi masa keçirilib

BAYRAQDAR MEDİA – Sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində şəhid ailələri, müharibə veteranları, qazilərlə işləyən QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, departament müdiri Elnur Bağırlı, qurumun əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən N.Mehdiyev bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərir: “Prezident İlham Əliyev bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qruplara aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə çalışan qeyri-hökumət təşkilatları daha aktiv olmalı və dövlətin bu sahədə yürütdüyü siyasətdə fəal iştirak etməlidirlər”.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri Cəlil Xəlilov, Müşfiq Əliyev, Radə Abbas, Maral Zamanova, Sultan Əzimzadə, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Sevinc Abdullayeva, Ramil Əliyev, Nəzakət Həsənova, Tünzalə Abduləlimova, Ceyran Həsənova, Esmira Orucova, Naibə Behbudova, Rey Kərimoğlu, Füzuli Rzaquliyev, Səməd Vəkilov çıxış ediblər. Onlar diqqətə çatdırıblar ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ölkədə Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən qayğı təqdirəlayiqdir.

Tədbir diskussiya şəklində davam edib və təşkilatlar bu sahədə görüləcək fəaliyyətləri ilə bağlı təkliflər səsləndiriblər.

Mission News Theme by Compete Themes.