Press "Enter" to skip to content

“Nar”ın dəstəyilə 10 abituriyent tələbə adını qazanıb

Son yeniləmə: 12 Sentyabr 2022 10:30

BAYRAQDAR MEDİA – “Nar”ın “Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində universitetə hazırlıq xərclərini öz üzərinə götürdüyü şagirdlərin hamısı tələbə adını qazanıb.

Bu barədə verilən məlumaat görə, Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan məktəblilərin 100 faizlik nəticəsi münasibəti ilə “Nar” bu gəncləri təbrik edir və növbəti təhsil pilləsində də onlara müvəffəqiyyət arzu edir: “Qeyd edək ki, “Gələcəyini Qur!” layihəsi təhsilini davam etdirmək istəyən 11-ci sinif şagirdlərini müəyyən edərək onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı gənclərin ali təhsilə yiyələnmələrinə dəstək olmaqdır. “Nar” elm və təhsilə dəstək istiqamətində davamlı layihələr həyata keçirir. Mobil operatorun korporativ sosial məsuliyyət istiqamətində gördüyü layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz”.

O da bildirilib ki, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Mission News Theme by Compete Themes.