Press "Enter" to skip to content

Eskişehirdə sərnişindaşımada qiymət artımı

BAYRAQDAR MEDİA – Son aylar qardaş Türkiyədə baş verən qiymət artımı sərnişindaşımadan da yan keçməyib. Artıq ayrı-ayrı şəhərlərdə bununla bağlı müvafiq qərarlar qəbul edilir.

Məlumata əsasən, növbəti belə qərar Eskişehirdə qəbul edilib. Eskişehir Böyükşəhər Bələdiyyəsi Nəqliyyat Koordinasiya Mərkəzi (UKOME) qiymət artımı barədə qərar verib.

Qərara əsasən, müvafiq olaraq, xidmət haqları ümumilikdə 20 faiz artırılıb. Beləliklə də, gediş haqları mikroavtobusda 6 lirədən 7,5 lirəyə yüksəlib: “4,5 lirə olan tələbə tarifi 5 lirə olub. Estram tam kart 6 lirədən 7,5 lirəyə, endirimli Eskart 3,5 lirədən 4 lirəyə, köçürmə 70 kuruşdan 80 quruşa yüksəldilib”.

Eskişehir Esnaf ve Sanatkarlar Odaları Birliyinin (EESOB) tələbi əsasında edilən qiymət artımına əsasən həmçinin rayonlara və kənd məhəllələrinə avtobuslarda 2, 3 və 4 mərtəbəli tariflər tətbiq ediləcək. Yeni tariflər sentyabrın 12-dən qüvvəyə minib.

Mission News Theme by Compete Themes.