Son yeniləmə: 12 Sentyabr 2022 13:55
Evlərində həbs edilən uyğur türkləri gündəlik ehtiyaclar, yemək-içmək baxımından böyük çətinliklərlə üzləşir
BAYRAQDAR MEDİA – Uyğur türkləri bir tərəfdən Çinin soyqırım sayılan hərəkətlərinə dirəniş göstərərkən, digər tərəfdən karantin bəhanəsi ilə onlara qarşı tətbiq edilən qadağalarla mübarizə aparır.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Çin rejiminin “Sıfır COVID” siyasəti səbəbiylə bütün Doğu Türküstanda şəhərlərarası səyahətlər qadağan edilib, xəstəxanalar bağlanıb. Qapıları bağlı saxlanılaraq ev dustağına çevrilən uyğur türkləri aclıqdan ölməyə tərk edilib. Çinin sosial media platformalarında yayımlanan videolarda Doğu Türküstanlıların üsyan etdiyini əks etdirən görüntülər yer alıb.
Vurğulanır ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin tərəfindən çox sərt şəkildə tətbiq edilən “Sıfır COVID” prosesi tam sürətlə davam edərkən, hökumət müsbət halların olduğunu iddia edir, eyni zamanda Doğu Türküstanda “tam bağlanma” siyasətini davam etdirir. Evlərində həbsdə olan Doğu Türküstanlılar gündəlik ehtiyacları, yeyib-içmələri baxımından böyük çətinliklərlə üzləşirlər: “Bu arada Çin Doğu Türküstanın Urumçi, Kaşqar, Gulca və digər şəhərlərində tətbiq etdiyi karantin tədbirlərini açıqlayıb. Karantin çərçivəsində ictimai nəqliyyat istifadəyə bağlanıb, şəhərlərarası gediş-gəliş qadağan edilib. Göstərilən əyalətlərdə məktəblərin fəaliyyəti dayandırılıb, açıq qaldığı deyilən təcili xidmətlərə heç bir xəstə qəbul edilməyib və yaşayış məntəqələri tam bağlanıb”.
Uyğur türklərinin yaşadığı mənzillərin girişləri dəmir barmaqlıqlarla bağlanıb: “Sərt karantin tədbirləri uyğur türklərini çətin vəziyyətə salıb. Evlərində qəsdən həbs edilən uyğur türkləri gündəlik ehtiyaclar, yemək-içmək baxımından böyük çətinliklərlə üzləşirlər. Çin rejimi soyqırımla mübarizə aparan uyğur türklərinə bilərəkdən ərzaq yardımı etmir. Karantin səbəbiylə xəstələnən uşaqlar ölümə buraxılır. Çin mənşəli sosial media hesablarında iki aydır çölə çıxa bilməyən və evlərində yeməyə bir şey qalmayan uyğur türklərinin görüntüləri paylaşılır”.