Press "Enter" to skip to content

Bakıda “Bir millət – iki dövlət” konserti olacaq

Son yeniləmə: 12 Sentyabr 2022 17:39

BAYRAQDAR MEDİA – Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 104-cü ildönümü tamam olur. Məhz 1918-ci il sentyabrın 15-də Azərbaycan korpusunun da daxil olduğu Qafqaz İslam Ordusu Bakı şəhərini bolşevik-daşnak işğalından azad etmişdir. Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.

Hər il olduğu kimi bu il də sözügedən tarixi hadisə münasibətlə bir sıra tədbirlər keçiriləcək. Eyni zamanda həmin gün Azərbaycan və Türkiyə musiqiçiləri Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə qardaş Türkiyənin Elazığ Mədəniyyət və Tanıtma Fondundan məlumat verilib.

Məlumatda qeyd edilib ki, konsert Azərbaycan Mədəniyyət Nazirliyi və Elazığ Mədəniyyət və Tanıtma Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Artıq sözügedən Fondun rəhbəri Mehmet Çağlar bununla bağlı müraciət də edib. Müraciətdə deyilir ki, “Bir millət – iki dövlət” adlı konsert proqramında Mustafa Mehmandarov və Bujor Hoynicin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Proqramda Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri səsləndiriləcək.

Mission News Theme by Compete Themes.