Son yeniləmə: 12 Sentyabr 2022 17:10
BAYRAQDAR MEDİA – Sentyabrın 15-i saat 11:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində “Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi” məqsədilə görüş keçiriləcək. Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, ABAD, Azərbaycan Arıçılar Assosiasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edəcək.
Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq. Görüşdə iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər .