Press "Enter" to skip to content

Dünya çempionatının ikinci günündə 7 medal

Mükafatlandırma zamanı

Son yeniləmə: 10 Sentyabr 2022 11:17

BAYRAQDAR MEDİA – Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının ikinci günündə 7 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, sentyabrın 9-da usta cüdoçular arasında Dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub.

Məlunata əsaəsn, Polşanın Krakov şəhərində keçirilən yarışın ikinci günündə usta cüdoçular 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub: “M1 yaş kateqoriyası üzrə -73 kq çəkidə Nadir Babayev gümüş medal, -90 kq çəkidə Murad Rəcəbli gümüş medal, -100 kq çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq çəkidə Qurban Məmmədli gümüş medal, M3 yaş kateqoriyası üzrə -73 kq çəkidə Rəşad Quliyev bürünc medal, -81 kq çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal qazanıb”.

Mission News Theme by Compete Themes.