Press "Enter" to skip to content

“Azərbaycan – qədim sivilizasiya məskəni”

BAYRAQDAR MEDİA – “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihənin dördüncü buraxılışı təqdim olunur. “Çıraqqala” adlı videoçarx IV-VI əsrlərə aid edilən tarixi abidəmizə həsr olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qərinələr boyu təbii fəlakətlərə, dövrün qasırğalarına mətanətlə sinə gərərək əcdadlarımızın şanlı tarixini yaşadan Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 kilometrdə sıldırım qayanın zirvəsində yerləşir: “Vaxtilə Sasani hökmdarlarının tapşırığına əsasən istehkam məqsədi ilə tikilən bu əsrarəngiz memarlıq nümunəsi Gilgilçay səddinin baş qarovulxanası olub.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Çıraqqala tarixi abidə kompleksi 2003-cü ildə qoruq elan edilib.

Mission News Theme by Compete Themes.