BAYRAQDAR MEDİA – Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir. Mərkəzin 2023-cü ildə fəaliyyətə başlaması gözlənilir.
Bunu sentyabrın 8-də jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik sədri azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirib.
Ü.Mehdiyev vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə baxılacağını deyib.