Edi Rama: İranla diplomatik əlaqələri kəsmək qərarına gəldik
BAYRAQDAR MEDİA – Albaniya hökuməti kütləvi kiberhücumlara cavab olaraq İranla diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumatda deyilir ki, Albaniyanın baş naziri Edi Rama ölkəsinin İranla diplomatik əlaqələri kəsmək qərarına gəldiyini deyib. O, iyul ayında baş vermiş kiberhücumla bağlı aparılan araşdırmaların nəticələrindən asılı olaraq iranlı diplomatlara və səfirlik işçilərinə ölkəni tərk etmələri üçün 24 saat vaxt verildiyini açıqlayıb.
Qərarın radikal olduğunu, lakin Albaniyada dövlət xidmətlərini iflic etmək, rəqəmsal qeydləri silmək, dövlət qeydlərini və elektron rabitə məlumatlarını sındırmaq məqsədi daşıyan hərəkətin şiddəti ilə başlı olduğunu vurğulayan E.Rama, hökumətin İranla diplomatik əlaqələri dərhal dayandırmağa qərar verdiyini söyləyib.