Son yeniləmə: 8 Sentyabr 2022 11:52
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 7-də Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Həmçinin, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləriqeyd edilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın infrastruktur sahələrinə sərmayə qoyuluşunun artırılması barədə müzakirələr aparıb.