Son yeniləmə: 8 Sentyabr 2022 16:35
BAYRAQDAR MEDİA – Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib: “Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 mln. manat çoxdur”.