Son yeniləmə: 7 Sentyabr 2022 13:17
BAYRAQDAR MEDİA – Bu günlərdə qardaş ölkədə əsas diqqət mərkəzində olan məsələlərdən biri də tələbələr üçün yataqxana problemidir. Çünki Türkiyə universitetlərinin hər il xaricdən qəbul sayını artırması özlüyündə yer, yataqxana məsələsinin də aktuallığını ortaya qoyub.
Bu arada AK Parti İl başqanı Zihni Çalışkanın açıqlaması Eskişehirdə təhsil alanlar üçün sevindirici olub. Məlumata əsasən o, Türkiyə Gənclər və İdman Nazirliyinin Eskişehirdəki yataqxana tutumunu təxminən 30 faiz artırdığını və tələbələrin yataqxana ilə bağlı bütün istəklərinin qarşılandığını açıqlayıb.
Z.Çalışkan bu istiqamətdə işlərin davam etdirildiyini bildirib: “Gənclərimiz bizim dəyərlilərimizdir”.
Qeyd olunub ki, ötən dövrlərdə Gənclər və İdman İl Müdirliyinə tabe olan Eskişehir yataqxanaları 3 min 575-i oğlan, 8 min 488-i qız olmaqla, ümumilikdə 12 min 63 tələbəyə xidmət göstərib.