BAYRAQDAR MEDİA – Ötən il 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Hesabat dövründə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva sentyabrın 7-də təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
BAYRAQDAR MEDİA-nın məlumatına görə, o qeyd edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub: “Onlar arasında şəhid və ya qazi ailələrinin üzvü də var. Həmçinin 113 direktor müavini və 2550 müəllim işə götürülüb”.