Press "Enter" to skip to content

Azərbaycanda müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb

Emin Əmrullayev

Son yeniləmə: 7 Sentyabr 2022 17:36

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

BAYRAQDAR MEDİA – Sentyabrən 7-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransının keçirildiyi barədə ilkin xəbər vermişdik.

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir

Əlavə edək ki, tədbirdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib.

İdarə müdiri postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdən irəli gələn yeni çağırışlarla yadda qalan 2021-2022-ci tədris ilində BŞTİ-nin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib. M.Vəliyeva çıxışında islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

Mehriban Vəliyeva
Mehriban Vəliyeva

İdarə müdiri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sinə istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Çıxışında o, yeni dərs ilində ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi işində təhsil işçilərinə uğurlar arzulayıb.

Konfransda çıxş edən elm və təhsil naziri Emin Əmrullayev öncə tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb. Nazir uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

E.Əmrullayev Azərbaycan Prezidentinin təhsilə olan qayğısından danışıb, sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb: “Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib”.

Konfrans iştirakçıları
Konfrans iştirakçıları

Daha sonra Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, təhsilverənlərin sertifikasiya imtahanından maksimum bal toplayan, 129 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Mehdiyeva, Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin məzunu Cəlil Cabbarlı, bu il ali məktəblərə qəbul imtahanında pedaqoji ixtisas üzrə yüksək nəticə göstərən, paytaxtdakı 262 nömrəli tam orta məktəbin məzunu Sürəyya Quliyeva, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin məzunu və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Mehrac Quliyev çıxış ediblər.

Konfrans şagirdlərin ifasında “Gənclik himni” ilə başa çatıb.

Şagirdlərin ifasında “Gənclik himni”
Şagirdlərin ifasında “Gənclik himni”
Mission News Theme by Compete Themes.