Press "Enter" to skip to content

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 7 Sentyabr 2022 12:12

BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 7-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, qonaqlar görüşdən əvvəl Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məlumata əsasən Komitə sədri görüşdə 65 illik tarixə malik ASA-nın nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib: “DİDK sədri diaspor siyasəti, diasporumuzun formalaşma tarixi, Komitənin fəaliyyət istiqamətləri, yeni və mühüm layihələr, diasporun, xarici jurnalist və tarixçilərin Qarabağa təşkil olunan səfərləri barədə ətraflı məlumat verib, ASA-nın diaspor fəaliyyətinə verdiyi töhfələri, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu yüksək qiymətləndirib”.

Görüşdə həmçinin, Tomris Azeri və digər qonaqlar da çıxış ediblər: “Çıxışçılar səmimi qəbula görə təşəkkür edib, ABŞ-dakı Türk-Azərbaycan diasporlarının işbirliyi, diasporumuzun bu ölkənin ictimai-siyasi həyatında mövqelərə sahib olmaq inkanları və Komitə ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün layihə təklifləri barədə danışıblar. Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində ölkəmizə gələn və müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyətinin səfər çərçivəsində bir sıra rəsmi qurumlarla, ali məktəb kollektivləri ilə görüşləri, eyni zamanda Qarabağa səfərləri planlaşdırılıb”.

Maraqlı fikir mübadiləsi ilə yekunlaşan görüşün sonunda T.Azeriyə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim olunub.

Xatırladaq ki, Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azeri Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, milli təhlükəsizlik təşkilatının ikinci sədri Nağı Şeyxzamanlının nəvəsidir.

Mission News Theme by Compete Themes.