BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz (182 mln.manat) çox olmaqla 3 mlrd. 276 mln. manat vəsait yönəldilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məluamt verilib.
Bildirilib ki, 2022-ci ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb: “Pensiyaların sığorta hissəsi indeksləşdirilib, pensiyaçılara maddi yardımlar ayrılıb. 1,2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsaitin ayrılması təmin edilib”.
Məlumata əsasən, bu ilin 8 ayında 18,6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66,9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.