Son yeniləmə: 7 Sentyabr 2022 16:42
Emin Əmrullayev: Sertifikasiyadan keçən müəllimlərin müsahibələrinin dərslər başlananadək bitməsi planlaşdırılır
BAYRAQDAR MEDİA – Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu sentyabrın 7-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib: “40-55 yaş arası olan müəllimlər bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar”.
Nazir jurnalistlərə müsahibəsində isə bildirib ki, sertifikasiyadan keçən müəllimlərin müsahibə mərhələsinin sentyabrın əvvəllərində keçiriləcəyi nəzərdə tutulur. Bu prosesin dərslər başlananadək bitməsi planlaşdırılır.
Qeyd olunub ki, bununla bağlı artıq müsahibə komissiyaları yaradılıb. Bu proses bəzi müəllimlərlə üzbəüz, digər müəllimlərlə isə onlayn qaydada olacaq: “Eyni zamanda, müsahibə mərhələsini sentyabrın 15-dək bitirməyi düşünürük ki, sentyabrda müəllimlər əməkhaqlarına müəyyən əlavələri də ala bilsinlər”.