Son yeniləmə: 6 Sentyabr 2022 11:00
BAYRAQDAR MEDİA – Krım tatarlarının milli lideri, Ukraynanın deputatı Mustafa Əbdülcəmil Krımoğlu və Ukrayna xarici işlər nazirinin müavini Əminə Ceppar Türkiyədə səfərdə olublar.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, onlar Türkiyə Cümhurbaşqanının baş müşaviri Yalçın Topçu və xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Beştəpə Külliyesində görüşüblər. Görüşlərdə onları Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar müşayət edib.
Ə.Ceppar sosial media hesabından bununla bağlı paylaşımlar edib. Görüşlərə görə Y.Topçuya və M.Çavuşoğluya minnətdarlıq edib.
Türkiyege ziyaretim zamanı samimiy qabul içün 🇹🇷TİN başı @MevlutCavusoglu teşekkür etem.
🇹🇷prezidenti @RTErdogan #QPlatforması sammitinde iştiragini ve Türkiyeniñ 🇺🇦topraq bütünligi ve suverenitetine daimiy destegini yüksek qıymetlendiremiz. pic.twitter.com/WNvOP5kDaR— Emine Dzheppar (@EmineDzheppar) September 5, 2022
M.Çavuşoğlu da M.Krımoğlu və Ə.Ceppar ilə görüşünün sonunda Twitter hesabından “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə və Krım tatar türklərinin hüquqlarını müdafiə etməyə davam edəcəyik” sözlərini paylaşıb.
Kırım Tatar Türk halkının lideri Mustafa Abdülcemil Kırımoğlu ile #Ukrayna Dışişleri Bakanı Birinci Yardımcısı Emine Cebbar’ı ağırladık.
Ukrayna’nın toprak bütünlüğünü desteklemeye, Kırım Tatar Türklerinin haklarını savunmaya devam edeceğiz.🇹🇷 🇺🇦@EmineDzheppar pic.twitter.com/V72lIpaOIV
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 5, 2022
[…] Mustafa Krımoğlu və Əminə Ceppar Türkiyədə […]