Son yeniləmə: 5 Sentyabr 2022 13:08
BAYRAQDAR MEDİA – Xaricdə yaşayan və səs vermək istəyən bütün Bolqarıstan vətəndaşları sentyabrın 6-dək onlayn ərizə doldura bilərlər.
Bu barədə BULTÜRK məlumat yayıb.
Məlumata əsasən, Bolqarıstan Mərkəzi Seçki Komissiyası elan edib ki, xaricdə yaşayan və səsvermə hüququna malik Bolqarıstan vətəndaşları sentyabrın 6-dək səsvermə üçün ərizə təqdim etməlidirlər: “Oktyabrın 2-də keçiriləcək növbədənkənar ümumi seçkilər səbəbindən xaricdə yaşayan Bolqarıstan vətəndaşları seçki qutularının açılması və adlarının seçki siyahılarına yazılması üçün ərizə ilə müraciət etməlidir. Müraciətlər elektron şəkildə, konsulluğun filiallarına şəxsən müraciət etməklə və ya poçt vasitəsilə edilə bilər. Müraciətlər internet vasitəsilə bu linkə klikləməklə onlayn doldurla bilər”.
Məlumat üçün bildirək ki, Bolqarıstanda hökumət qura bilməyən Bolqarıstan Sosialist Partiyası (BSP) iyulun 18-də aldığı görəvi prezident Rumen Radevə geri verdikdən sonra oktyabrın 2-də növbədənkənar ümumi seçkilərin keçirilməsi qərara alınıb.
Türkiyədəki Bolqarıstan türkləri 1989-cu ildə Bolqarıstanda kommunist diktator Todor Jivkovun devrilməsi ilə başlayan demokratikləşmə prosesində 15-ci dəfə ümumi seçkilərdə səs verməyə hazırlaşır. 4 aprel, 11 iyul və 14 noyabr 2021-ci il tarixlərində keçirilən üç ümumi seçkidən sonra seçicilər bu dəfə hökumət qurulmaması səbəbindən növbədənkənar ümumi seçkilər üçün sandıq başına gedəcək.
Bu arada Balkan Türkləri Kültür və Həmrəylik Dərnəyinin (BAL-TÜRK) sədri Günay Uzun Anadolu Ajansına bildirib ki, vətəndaşlar sentyabrın 6-na qədər onlayn ərizə doldurmalıdırlar. Əgər bu edilməsə, seçki məntəqələrində izdiham yaranacaq.