Son yeniləmə: 5 Sentyabr 2022 12:25
BAYRAQDAR MEDİA – İstanbul Beykent Universitetinin kampusunda “VIII. Beynəlxalq Balkan Tarixi Araşdırmaları Simpoziumu” keçirilib. Simpoziuma qatılan TİKA sədr müavini Dr. Mahmut Çevik, “Balkanlarda 100-ə yaxın maddi irsi bərpa etdik”, – deyib.
Bu barədə məlumatda deyilir ki, beynəlxalq tədbir TİKA-nın dəstəyi, Türkiyədən Beykent Universiteti, Burdur Mehmet Akif Ersoy Universiteti, Doğuş Universiteti, İzmir Konsept Peşə Məktəbi, həmçinin Trakya Universiteti, Tuzla Universiteti (Bosna-Herseqovina), UBTAK (Balkan Tarixi Araşdırma Komitəsi) iştirakı ilə 1-4 sentyabr tarixlərində keçirilib. Simpozium çərçivəsində “Osmanlı Dövrü Balkanlarda memarlıq əsərləri”, “Balkan musiqisi”, “Balkan xalq oyunları”, “Balkanlarda əl sənətləri”, “Balkanlarda gözəl sənətlər” mövzularında müzakirə aparılıb.
Tədbirdə çıxış edən Dr. Mahmut Çevik “Ümid edirəm ki, ortaq tariximizə işıq salacaq bu görüş məhsuldar olacaq və tarixi əsərlərimizin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək”, – deyib.
O, qeyd edib ki, tarixin ən qədim xalqlarından biri olan türk millətinin özünəməxsus dünyagörüşü var: “Biz 1 milyon kvadrat kilometrlik Balkan yarımadasında 500 il yaşadıq, fərqli dinlərə, dillərə və kimliklərə sahib cəmiyyətlərə hörmətlə yanaşdıq”.
TİKA-nın Balkanlardakı 11 koordinasiya ofisi ilə Balkanlarda 100-ə yaxın ortaq maddi irsi bərpa etdiyini bildirən Dr. Mahmud Çevik, 15 tarixi binanın bərpa layihələrinin tamamlandığını, 10-dan çox tarixinin binanın restavrasiya üçün isə layihə hazırlıq işlərinin aparıldığını bildirib.