Press "Enter" to skip to content

Miloard Dodik: Recep Tayyip Erdoğan böyük dövlət xadimidir

Milorad Dodik və Recep Tayyip Erdoğan

Son yeniləmə: 5 Sentyabr 2022 11:18

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovina Prezident Şurasının serb üzvü Milorad Dodik Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın böyük dövlət xadimi olduğunu bildirib.

Məlumata əsasən, yerli televiziya kanalına danışan M.Dodik, Erdoğanın bu həftə Bosniya və Herseqovinaya gözlənilən səfəri ilə bağlı açıqlamasında “Erdoğan bütün tərəflərə bərabər davranan böyük dövlət adamıdır” deyib.

M.Dodik bəyan edib ki, Cümhurbaşqanl R.T.Erdoğanın Bosniya və Herseqovinada daxili barışıq əldə olunması lazım olduğu barədə açıqlamaları onun rasional yanaşmasının göstəricisidir.

Serb lider “Türkiyə böyük bir ölkədir, R.T.Erdoğan isə biz nə düşünürüksə düşünək, tariximiz nə olursa olsun, böyük dövlət xadimidir. O, ədalətli yanaşma sərgiləyir”, – deyib.

R.T.Erdoğanın hər zaman Bosniya və Herseqovinadan olan bosniyalıların tərəfində olacağını qeyd edən M.Dodik, Türkiyə Cümhurbaşqanının buna baxmayaraq, görüşlərdə bütün tərəflərə bərabər davrandığını əlavə edib.

 

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.