Press "Enter" to skip to content

“Hədəf”in uğuru, “Hədəf”in zəfəri

Liseyin uğur qazanan məzunları

Son yeniləmə: 5 Sentyabr 2022 10:04

Şəmil Sadiq: Mənim Hədəf Konseptim özünü doğruldur, üçüncü buraxılışımız da demək olar ki, 100 faiz qəbulla bitdi

BAYRAQDAR MEDİA – 2018-ci ildə təsis olunan və Azərbaycanda ilk dəfə STEAM konseptini tətbiq edən Hədəf Liseyi növbəti əlamətdar uğura imza atıb. Liseyin bütün məzunları bu il ali məktəbə daxil olublar. Onlar arasında UNEC, ADNSU, ADU, BDU, BSU, Milli Aviasiya Akademiyasına qəbul olanlarla yanaşı, İstanbul Marmara Universiteti, Ankara Medipolu qazananlar da var.

Əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir – 2

Bu barədə BAYRAQDAR MEDİA-ya Hədəf STEAM Liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq məlumat verib.

Bu hadisədən qürur duyduqlarını bildirən Ş.Sadiq daha sonra deyib: “Bəli, mənim Hədəf Konseptim özünü doğruldur, üçüncü buraxılışımız da demək olar ki, 100 faiz qəbulla bitdi. Sadəcə liseyə gəldilər, əyləndilər, oynaya-oynaya hazırlaşdılar, stresdən uzaq oldular və sonda hədəflərinə çatdılar. Hədəf Liseyinin fərqi budur, kurslara, repetitorlara xərclədiyin maliyyəni ayırırsan, bunun da üstündə gündə üç dəfə qidalanma, geyim, təhlükəsiz mühitdə, qapı-qapı gəzmədən oxuyub, üniversitetə qəbul olurlar!”.

Mission News Theme by Compete Themes.