Son yeniləmə: 5 Sentyabr 2022 11:18
BAYRAQDAR MEDİA – “Milli mübarizəmizin manifestinin yazıldığı Sivas Konqresində mandat və himayədarlıq qəbul edilmədi, bundan sonra da edilməyəcək. Ölkəmizin, millətimizin hüquq və mənafeləri ilə bağlı hesablamaları olanlar bu gün də qarşılarında eyni əzmi, ruhu görüb, yenidən məyus olacaqlar”.
Bu sözlər Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altunun Sivas Konqresinin 103-cü ildəonümü ilə bağlı paylaşımından öz əksini tapıb.
F.Altunun Twitter hesabından etdiyi paylaşımda daha sonra deyilir: “Böyük və güclü Türkiyə yolunda müstəqilliyimizi möhkəmləndirən addımlarla inam, firavanlıq və birlik içində gələcəyə doğru addımlayırıq. Sivas Konqresinin 103-cü ildönümündə başda Qazi Mustafa Kemal Atatürk olmaqla Qurtuluş Savaşı qəhrəmanlarını ehtiramla yad edirəm”.
Xatırladaq ki, Sivas Konqresi Mustafa Kemal Atatürkün Amasya Genelgəsini elan etdikdən sonra, bir çağırışla Birinci Dünya müharibəsindən sonra işğal olunmuş türk torpaqlarını xilas və müstəqilliyi təmin etmək üçün çarə axtarmaq məqsədi ilə seçilmiş millət nümayəndələrinin Sivasda bir araya gəlməsilə keçirilən milli qurultaydır. 1919-cu il 4-11 sentyabr tarixlərində keçirilən Sivas Konqresində qəbul edilən qərarlar daha öncə keçirilən Erzurum Konqresinin qərarlarını genişləndirdi, ona ümummilli keyfiyyət verdi və yeni türk dövlətinin qurulmasına əsas oldu. Ona görə də Sivas Konqresinin Türkiyə Cümhuriyyətinin tarixində böyük yeri var.
Büyük ve güçlü Türkiye yolunda bağımsızlığımızı pekiştiren adımlarla güven, refah ve birlik içinde geleceğe yürüyoruz.
Sivas Kongresi’nin 103. yıl dönümünde, başta Gazi Mustafa Kemal Atatürk olmak üzere, Kurtuluş Savaşı kahramanlarımızı saygıyla anıyorum. 🇹🇷— Fahrettin Altun (@fahrettinaltun) September 4, 2022