Son yeniləmə: 5 Sentyabr 2022 09:50
BAYRAQDAR MEDİA – “Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalı”nda Kıbrıs da yaddan çıxmayıb.
Bu barədə verilən məlumatda deyilir ki, Ankara Etimesgut Bələdiyyəsinin bu il 24-cü dəfə təşkil etdiyi festival çərçivəsində Kuzey Kıbrıs Türk Cümhuriyyəti gecəsi keçirilib.
KKTC-nin Ankara səfirliyi də festival çərçivəsində açdığı stenddə Kıbrıs mədəniyyətinin ən əhəmiyyətli əsərlərindən olan Lefkara Əsərlərini sərgiləyib.
Gecə çərçivəsində məşhur kıbrıslı türk modelyer Abdullah Öztoprakın hazırladığı, Kıbrısın tarixinin böyük təfərrüatı ilə izah edildiyi “Varım Varlığım” şousu nümayiş olunub.
68 nəfərin iştirak etdiyi şouda A.Öztoprakın hazırladığı və dizaynını özü verdiyi 320 ədəd kostyum nümayiş etdirilib.