BAYRAQDAR MEDİA – İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilibş
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib: “Bu gün saat 11:15-dək olan məlumata görə, 16 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Müsahibə sentyabrın 29-da başa çatacaq. Qeyd edək ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb”.