BAYRAQDAR MEDİA – AXC TV-nin “Azad meydan” verilişində QHT-media əməkdaşlığı müzakirə olunub. Sualları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin (BNM) sədri Elçin Mirzəbəyli cavablandırıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Bakı Natiqlik Məktəbi” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, İctimai Birlik sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayır: “2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin həyata keçirilməsidir”.