BAYRAQDAR MEDİA – “İncəsənətin müxtəlif sahələri ilə zəngin mədəniyyətimizi dünya ilə bölüşmək vacibdir”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar deyib.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar Taş Ev Butik Otel və İncəsənət Qalereyasında təşkil edilən Ferdiye Yurdakulun “Həyat Çemberi” adlı mandala sərgisinin açılışında iştirak edib. Xatırladaq ki, mandala əl sənəti növüdür. Hinduizm və Buddizmdə kainatın quruluşunu simvollaşdırdığı düşünülən ritual və meditasiya məqsədləri üçün istifadə edilən simvollara mandalalar deyilir.
Mərasimdəki açılış nitqində E.Tatar ölkə adına belə gözəl mədəniyyət əsərləri sərgisində olmaqdan xoşbəxt olduğunu bildirib. O, F.YurdakulA və sərginin açılışında əməyi keçən hər kəsə təşəkkür edib.