Press "Enter" to skip to content

Balkanlarda növbəti siyasi proses

BAYRAQDAR MEDİA – Balkanlar növbəti vacib siyasi proses ərəfəsindədir. Bosniya və Herseqovinada ümumi seçkilər üçün kampaniyalar başlayıb.

Balkan News xəbər verir ki, oktyabrın 2-də keçiriləcək seçkilərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin bosniyalı, serb və xorvat üzvləri ilə yanaşı, kanton, inzibati vahid, əyalət səviyyəli hökumət üzvləri, deputatların müəyyən olunacaq. Seçkilərdə 90-ı siyasi partiya, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 şəxs namizəd kimi iştirak edəcək.

Məlumata əsasən, ölkəni 4 il müddətinə idarə edəcək siyasətçilərin müəyyən olunacağı seçkilərdə 3 milyon 368 min 666 Bosniya və Herseqovina vətəndaşı səs verə biləcək.

Seçki kampaniyası oktyabrın 1-dək davam edəcək.

Mission News Theme by Compete Themes.