Son yeniləmə: 2 Sentyabr 2022 12:38
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın göstərişi ilə daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana gedib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məluamt verilib.
Bildirilib ki, daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İslamabadda Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşüb: “Daxili işlər naziri verdiyi açıqlamada indiyə qədər Pakistana 11 təyyarə ilə yardım ləvazimatlarının gətirildiyini bildirib. S.Soylu yardım ləvazimatları ilə yüklənmiş 2 qatarın Pakistana getdiyini və üçüncü qatarın hazırlandığını vurğulayaraq “Həm hökumətimiz həm də bütün qeyri-hökumət təşkilatlarımız hazırda böyük bir kampaniya içərisindədir. Təxminən 10 min çadır göndərilib. 25 min qida paketi, o cümlədən sağlamlıq ləvazimatları və dərmanlar, uşaq qidaları, paltarlar və fövqəladə hallar mərkəzinin tələb etdiyi qayıqlar çatdırıl;b.”, – deyə bildirib”.
O da qeyd edilib ki, sel fəlakəti yaşanan bölgədə Türkiyədən gələn çox sayda insan çalışır.