BAYRAQDAR MEDİA – “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.