BAYRAQDAR MEDİA – Bu il Özbəkistanda keçirilən rəsmi müstəqillik günü şənliklərində bir ilk yaşanıb.
Bu barədə verilən məlumatda deyilir ki, bu şənliklərdə Sovet İttifaqı tərəfindən şəhid edilən cədid ziyalıları yad edilib. Bundan başqa, müstəqillik şənliklərində “Gözəl Türküstan” şeiri və mahnısı səsləndirilib.
Məlumat üçün bildirək ki, “Gözəl Türküstan”ın şairi Əbdülhəmid Süleyman Çolpan 1938-ci ildə “Böyük terror” zamanı 41 yaşında Stalin rejimi tərəfindən şəhid edilib. Mərasimdə Usül-ü Cedit-in aparıcı adları da xatırlanıb. Yenidən xatirəsi yad edilən simalardan biri də Türküstan maarifçiliyinin öncüllərindən biri, özbək şair Mahmudhoca Behbudi idi.
Özbekistan'ın resmi bağımsızlık kutlamalarında ilk kez ceditçi aydınlar anıldı ve "Güzel Türkistan" söylendihttps://t.co/5dvfe5GvEC pic.twitter.com/PfJEuoQKr8
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) September 1, 2022