BAYRAQDAR MEDİA – Bu yaxınlarda Çinin Doğu Türküstanla bağlı daha bir əməli üzə çıxıb. Məlum olub ki, Çində istilik dalğası, quraqlıq və sel fəlakətləri nəticəsində yaranan elektrik kəsilməsinin həlli üçün lazım olan enerji Doğu Türküstandan təmin edilib.
Çin Elektrik Şirkətinin Doğu Türküstandakı sözçüsü Liu Venlongun “Uyğur bölgəsinin elektrik enerjisini daxili bölgələrimizə köçürməklə, Çinin təxminən yarısının elektrik ehtiyacını qarşılayacağıq”, sözləri bütün diqqəti bu məsələyə yönəldib.
Kırım Haber Ajansı xəbər verir ki, avqustun 30-da Çin səlahiyyətliləri tərəfindən keçirilən mətbuat konfransında Doğu Türküstandan Çin əyalətlərinə çatdırılan enerjinin həcminin 20 milyon kilovatta çatdığı bildirilib: “Çin hökumətinə bağlı xəbər şəbəkəsi Çinin daxili bölgələrinə nəql edilən enerjinin həcminin ən yüksək həddə çatdığı barədə məlumat paylaşıb. Mətbuat konfransında Çin Elektrik Şirkətinin Doğu Türküstandakı sözçüsü Liu Venlong, “Mövcud virus epidemiyası zamanı bir çox bölgədə elektrik təchizatı dayandırılacaq. Bu mövzuda çox gözəl işlər görmüşük. Uyğur bölgəsinin elektrik enerjisini daxili bölgələrimizə köçürməklə, Çinin təxminən yarısının enerji ehtiyacını ödəyəcəyik”, – deyə bildirib”.