Press "Enter" to skip to content

Agentlik tərəfindən növbəti təlimlərə başlanıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı

Emil Çaparlı: Regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlərə başlanılıb.

Agentliyin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də verilən məlumata görə, Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində təşkil edilən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda ilk təlimlər keçirilib.

Təlim zamanı
Təlim zamanı

Açılış mərasimində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, təlimçilər-Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, həmçinin Agentliyin əməkdaşları, Gəncə, Mingəçevir, Göygöl, Kəlbəcər, Samux, Daşkəsən, Goranboy, Naftalan üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvlərini əhatə edən 96 nəfər iştirak ediblər.

Məlumata əsasən, təlimi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini E.Çaparlı açıb: “E.Çaparlı bildirib ki, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq bu gün bu təlimlərə başlanılıb. Bütün rayonları əhatə edəcək proqramda 859 nəfər iştirakçı təlimlərdən bəhrələnə biləcəklər”.

Qeyd edilib ki, ictimai iştirakçılıq çox aktual mövzudur və regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov İctimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, İctimai Şuraların hüquq və vəzifələri, İctimai Şuranın fəaliyyət çərçivəsi, İctimai Şuraların Reqlamenti, fəaliyyətinin təşkili, Dövlət orqanları və İctimai Şuralar, İctimai Şuraların formalaşması mövzularında təlimlər keçiblər.

Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.