Son yeniləmə: 1 Sentyabr 2022 17:24
BAYRAQDAR MEDİA – Çin tərəfindən uyğur türklərinə qarşı qeyri-insani rəftar və zülmün yeni görüntüləri ortaya çıxıb. Son görüntülərdən birində uyğur türk ailəsinin düşərgədə qohumlarını ziyarət edərkən dəmir qapının baxış dəliyindən danışmağa məcbur olduğu anlar yaşanıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Doğu Türküstan bu gün ikinci nasist düşərgələrində etnik və mədəni ayrı-seçkiliyə, insan hüquqlarının pozulmasına, işgəncələrə, assimilyasiyaya və soyqırıma məruz qalır: “BMT-nin rəsmi məlumatlarına görə, Çin rejiminin soyqırım törətdiyi Doğu Türküstanda üç milyondan çox uyğur türkü və digər türklər zorla həbs düşərgələrində saxlanılır. Çin şirkətləri düşərgələrlə birlikdə tikilən nəhəng fabriklərdə ucuz işçi qüvvəsi kimi işə götürülür. Zaman-zaman internetdə sözügedən düşərgələrdəki həyatla bağlı fotoşəkillər və videolar paylaşıla bilər ki, bu da ÇXR rejiminin uyğur türklərinə yaxşılıq kimi gördüyü şərtləri ortaya qoyur”.
Qeyd edilib ki, bu yaxınlarda sosial şəbəkədə paylaşılan həmin görüntülərdən birində bir uyğur türk ailəsi düşərgədəki qohumlarını ziyarət etməyə gedir “İçəri girə bilməyən ailə və körpə düşərgədə qohumları ilə dəmir qapının baxış dəliyindən görüşməli olurlar”.
Uygur Türklerine zulmün yeni görüntüleri: Akrabalarını böyle görebildiler!https://t.co/7v6B7BR8Mg pic.twitter.com/uyqJpGq80U
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) August 30, 2022