Son yeniləmə: 1 Sentyabr 2022 13:54
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilməsi qardaş ölkə mətbuatının da diqqət mərkəzindədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycandan kənarda ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmətin vətəndaşların hüquqlarını təmin etmək baxımından əhəmiyyətli layihə olduğu vurğulanıb.
Qardaş ölkənin bir sıra internet saytı və qəzetlərində gedən məlumatlarda qeyd olunub ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi önəmli xidmətlər göstərilir.