Son yeniləmə: 1 Sentyabr 2022 09:57
BAYRAQDAR MEDİA – Avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdə olan digər dövlətlərin nümayəndələri ilə birlikdə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib.
Qeyd edək ki, nazir qardaş ölkəyə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün gedib.