BAYRAQDAR MEDİA – Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişidirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların qrafiklərində müvəqqəti dəyişikliklər ediləcək. Sentyabrın 3-ü saat 09:00-dan, sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 1-də “Azərbaycan Dəmir Yolları” QSC-dən məluamt verilib. Bildirilib ki, aparılan təmir işləri Bakıdan Gəncəyə yola düşən sürət qatarının hərəkət qrafikinə təsir etməyəcək. Lakin Gəncədən Bakıya gələn sürət qatarı 10 dəqiqə gecikmə ilə ünvana çatacaq: “Təmir işləri ilə əlaqədar olaraq Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılacaq. Dəyişiklik edilən hərəkət cədvəli təqdim olunur. Elektrik qatarlarının müvəqqəti dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnmişdir”.