Press "Enter" to skip to content

Bosniya və Herseqovinada inflyasiya rekord səviyyədə

Son yeniləmə: 1 Sentyabr 2022 10:46

BAYRAQDAR MEDİA – Dünyanı ciddi şəkildə narahat edən qlobal maliyyə böhranı Balkanlarda da ciddi problemlərə yol açıb. Belə ki, Bosniya və Herseqovinanın Statistika Agentliyi ölkədə inflyasiya səviyyəsinin artımının sürətlə davam etdiyini və iyulda illik müqayisədə 16,7 faizə çatdığını açıqlayıb.

Balkan News xəbər verir ki, ölkədəki iqtisadçılar inflyasiyanın son 22 ildə ən yüksək səviyyəyə yüksəldiyini bildiriblər.

Bildirilib ki, ölkədə son bir ildə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 24,7 faiz artıb: “Ən yüksək qiymət artımı isə 34,2 faizlə nəqliyyat sektorunda qeydə alınıb. Elektrik enerjisi, təbii qaz, su və digər məişət xərcləri 15,4 faiz artıb”.

Mission News Theme by Compete Themes.