Son yeniləmə: 1 Sentyabr 2022 12:11
BAYRAQDAR MEDİA – Avqustun 31-də Batı Trakya Türk Cumhuriyyətinin 109 yaşı tamam olub.
Kırım Haber Ajansı xəbər veiri ki, bu, düz 109 il əvvəl, 1913-cü il avqustun 31-də qurulan bu dövlət və onun icra orqanı olan hökumət cəmi 55 gün yaşasa da, tarixə qızıl hərflərlə damğasını vurub. “Garbî Trakya Hükûmet-i Muvakkatesi” olaraq qəbul edilən bu dövlət 1913-cü il sentyabrın 25-də qurulub.
Məlumata əsasən Batı Trakya Türk Cumhuriyyəti Osmanlı İmperatorluğunun Balkanlardakı son mühüm siyasi gedişi idi. 1913-cü ildə Envər Paşa, Kuşçubaşı Eşref bəy və Süleyman Askeri bəyin səyləri ilə qurulan dövlət, Osmanlı Dövlətinə bağlı bir idarədən sonra ilk olaraq müstəqil dövlət oldu. Batı Trakya Müstəqil Hökuməti 55 günlük həyatında tarixin ən mütəşəkkil dövlətlərindən biri oldu və beynəlxalq siyasətdə mühüm yer tutdu.