Press "Enter" to skip to content

Almaniyada Şuşa rüzgarı

Tədbirdən görüntü

Son yeniləmə: 1 Sentyabr 2022 09:30

BAYRAQDAR MEDİA – Berlində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən konsert komitənin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül“ Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilib: “Konsert Şuşanın qədim, eyni zamanda, müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq Qələbəsini, həmçinin Diaspor Gənclərinin Üçüncü Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb. Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib. Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliori və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər”.

Mission News Theme by Compete Themes.