Press "Enter" to skip to content

Torpaq məcralı kanallara beton üzlük

Siyəzəndə torpaq məcralı kanallar beton üzlüyə alınır

Son yeniləmə: 31 Avqust 2022 14:02

BAYRAQDAR MEDİA – “Torpaq mülkiyyətçilərini vaxtında suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir. Nəticədə kanalların ötürücülük qabiliyyəti artır və fermerlər lazımi vaxtda su ilə təmin edilir”.

Bunu BAYRAQDAR MEDİA-ya avqustun 31-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov deyib.

O, bildirib ki, suvarma mövsümü dövründə hər hansı çətinliyin yaranmaması üçün mütəmadi olaraq idarə əməkdaşları tərəfindən hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür: “Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plana uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2 min 100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bu isə öz növbəsində rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına böyük təsir göstərib”.

D.Şərofov qeyd edək ki, Siyəzən rayonunda 12000 hektardan çox suvarılan ərazi mövcuddur: “Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələri suvarma suyu ilə vaxtında və itkisiz təmin etmək məqsədilə son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198 min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2 min 300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib”.

Mission News Theme by Compete Themes.