Son yeniləmə: 31 Avqust 2022 11:38
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyəyə səfər edib. Səfər 30 avqust mərasimlərində iştirak etmək üçün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.
Ankaradakı təmasları çərçivəsində o, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb. Görüş M.Çavuşoğlu tərəfindən T.Ertuğruloğlunun şərəfinə verilən naharda baş tutub.
Məlumata əsasən iki ölkənin nümayəndə heyətlərinin qatıldığı naharda Kıbrısla bağlı proseslər və sentyabr ayında keçiriləcək Nyu-York səfəri çərçivəsində planlaşdırılan təmaslar dəyərləndirilib. İki nazir eyni zamanda nazirliklər arasında əlaqələri də müzakirə ediblər.
Bu arada Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu görüş barədə Twitter hesabından #birktenicezaferlere həştəqi və fotolarla paylaşım edib.
Zafer günümüzde KKTC Dışişleri Bakanı Tahsin Ertuğruloğlu’nu misafir ediyoruz.
Bizi ortadan kaldırmaya teşebbüs edenlerin hayallerini 1922’de de 1974’te de yıktık, birlikte yok ettik.
Günümüz kutlu olsun! 🇹🇷 #BirlikteNiceZaferlere. pic.twitter.com/VFV6GiY6bb
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) August 30, 2022