Son yeniləmə: 31 Avqust 2022 14:24
BAYRAQDAR MEDİA – Kıbrıs rum tərəfinin son addımı Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) etirazla qarşılanıb.
Belə ki, KKTC Xarici İşlər Nazirliyi rum tərəfinin xarici siyasət idarəsinin KKTC-də təhsil alan nigeriyalı tələbələrlə bağlı açıqlmasını həqiqəti təhrif etmək cəhdi kimi dəyərləndirib.
Nazirlikdən verilən açıqlamada, “Bu günə qədər aparılan bütün danışıqlar proseslərinin uğursuzluğunun əsas memarlarından biri olan Kıbrısın Rum Administrasiyasının Xarici İşlər Nazirliyinin dezinformasiyaya əl atması təəccüblü deyil”, – ifadələri öz əksini tapıb.
Açıqlamada deyilir: “Kıbrıs Rum Administrasiyasının Xarici İşlər Nazirliyi Kıbrıs türklərinin iqtisadi inkişafına kömək edən hər bir addımın qarşısını almaq üçün çalışır. Bu missiya çərçivəsində əcnəbi tələbələrin rahat yaşadığı ölkəmizin ali təhsil sahəsində uğurlarını daim hədəfə almağa cəhd göstərir. Rum tərəfi əsassız iddialarla ölkəmizi və Türkiyəni ləkələmək üçün qeyri-qanuni miqrasiya məsələsindən istifadə edir. Rum Administrasiyası məsələdən öz mənfəəti üçün istifadə etməyi prioritet hesab edir. Bu səbəbdən KKTC və Rum Administrasiyasını da əhatə edən qlobal problem olan qeyri-qanuni miqrasiya ilə bağlı Cümhurbaşqanı Ersin Tatarın konstruktiv təklifinə müsbət cavab vermir”.