Press "Enter" to skip to content

Məktəblərə direktor qəbulu üzrə test imtahanı

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 31 Avqust 2022 11:22

BAYRAQDAR MEDİA – Sentyabrın 5-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 31-də Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanın keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq: “Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.

Qeyd edilib ki, bu saytda direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları yerləşdirilib.

Mission News Theme by Compete Themes.