Press "Enter" to skip to content

İlk gündə yüzdən artıq vətəndaşa xidmət

Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib

Son yeniləmə: 31 Avqust 2022 15:17

BAYRAQDAR MEDİA- 2022-ci ilin Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilir. Proses 30 avqust – 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində reallaşır.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 31-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, artıq ilk gündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib: “Ölkə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur”.

Qeyd edilib ki, 30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 – 18:00 aralığında təşkil edilən xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları bu linkə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər: “Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır”.

Mission News Theme by Compete Themes.